google-site-verification=KcSyDoiMoytcmfx5FPosKKBFBy01KVwFES1Ru5z1bKA google-site-verification: google5aa20a477de60c24.html
blindside.jpg

Ağayarov Büro Bakıda

yerləşən brendinq, qablaşdırma dizaynı, rəqəmsal və çap işləri üzrə ixtisaslaşan kreativ bürodur.

Təsisçisi Xudayar Ağayarov 2010-cu ildən etibarən reklam və dizayn sahəsində fəaliyyətə başlayıb və bu illər ərzində  "Şərq-Qərb", "Maxmedia" və "Tabasko Branding Bureau" kimi şirkətlərdə çalışaraq 2017-ci ildən təcrübəsini Ağayarov Büro olaraq müştərilərlə bölüşür.

Müxtəlif illərdə, müxtəlif reklam studiyalarında BP, Samsung, HP, Mobitel, Azercell, Bakcell, Azal Hava Yolları, Həyat Klinikası, Atəşgah Sığorta Şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi və s. kimi şirkətlərlə iş təcrübəsi var.

Hədəf kütləmiz

Büro müxtəlif sahələr üzrə brendinq xidməti təklif edir.

Dövlət qurumları, özəl sektor, startaplar, xəstəxanalar, sənaye, yerli

və xarici biznes şirkətləri, müxtəlif tədbirlər, kafe və restoran sektoru üçün reklam və vizual kommunikasiya vasitələrini dizayn edirik.

Brendinq

Brendlər yaradırıq və onların inkişafını planlı şəkildə brendbuk və brend startegiyasının hazırlanması yolu ilə davam etdiririk. Bu istiqamətdə, art direktorluq, neyminq və kopiraytinq xidmətləri paralel olaraq təklif olunur. Yaradıcı büro brendinqin tərkibi olaraq, loqo, sloqan, brendbuk, veb məzmun, reklam və naviqasiya sistemlərinin qurulması xidmətlərini təklif edir.

Dizayn

Çoxsəhifəli dizayn vasitələri kimi tanınan – kitab, jurnal, illik hesabat, broşür, habelə daha kiçik səhifəli –  liflet, flayer dizaynı, illik divar, cib və stolüstü kalendarlar, geyim dəsti, köynək, plastik, endirim və üzvlük kartları, posterlər və digər dizayn işləri üzrə xidmətlər təklif edirik.

Reklam

Yaratdığımız reklamlar, sifarişçi ilə alıcı arasında dəqiq, müsbət və uzunmüddətli əlaqə yaradılması məqsədi güdür. Küçə reklamları – bilbordlar, outdorlarlar, rolaplar və digər reklam daşıyıcıları üçün reklamların hazırlanmasında iştirak edirik.

İnteraktiv dizayn

İnteraktiv dizayn büronun xidmət göstərdiyi növbəti sahələrdəndir. Müasir, istifadəçi rahatlığını güdən, göz oxşayan veb səhifələr, mobil tətbiqetmə dizaynlarının hazırlanmasını təklif edirik.

Xidmətlərimiz

- Brendinq

- Qablaşdırma dizaynı

- İnteraktiv dizayn

- Reklam

- Loqo dizaynı

- Çap nəşrləri

- Təqdimat dizaynı

- Korporativ kimlik

- Təqvim dizaynı

- Küçə reklamları

- Rolap dizaynı

- Veb dizayn

- UIxUX

- Kataloq dizaynı

- İllik hesabatlar

© 2010-2020 Ağayarov Büro