google-site-verification=KcSyDoiMoytcmfx5FPosKKBFBy01KVwFES1Ru5z1bKA google-site-verification: google5aa20a477de60c24.html Kreativ Dizayn Studiyası | Ağarayarov Büro
top of page

Azərbaycan Keyfiyyət Assosiasiyası 

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi keyfiyyət və idarəetmə sahəsində yenilikçi ideyaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirən, ölkəmizdə istehsal olunan məhsul və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır. Təşkilatın missiya, dəyərlər və vizyonunu tam təsvir edən, assosiasiyanın tərkibində müvafiq istiqamətdə fəaliyyət göstərən akademiya, keyfiyyət şəbəkəsi və resurslar haqqında məlumat verən müasir vebsayt dizayn etdik.  

www.aqa.az

Xidmət

Veb dizayn

Sifarişçi

AKA

Tarix

2019

AKA_Website_01.jpg

Qarşıya qoyulan vəzifə

Assosiasiyanın köhnə veb səhifəsi ona yüklənən vəzifəni tam icra etmirdi. İstifadəçilər təşkilatın xidmət və resursları haqqında məlumatı əldə edərkən sıxıntı çəkirdirlər. Köhnə səhifə müəssisənin gücünü göstərə bilmir və yeni xidmətlərin təsviri üçün münasib görünmürdü. Bu problemləri aradan qaldırmaq və müasir, güclü yeni veb səhifə dizaynı əsas qarşıya qoyulan
vəzifə idi. 

Həll yolumuz

Saytın struktur planını hazırlayandan sonra ziyarətçinin skrollinq nəticəsində bütün xidmətləri əsas səhifəni tərk etmədən görməsini dizayn etdik. İstifadəçi əsas səhifədə bölmələrin tərkibinə baxmaq üçün sağa və sola oxlarından, digər bölməyə keçmək üçün isə istiqmətləndiricini aşağı etməklə nail ola bilir. Bununla yanaşı bütün bu hissələr menyuda da təqdim edilib.  

AKA_Website_02.jpg
AKA_Website_03.jpg
AKA_Website_04.jpg
AKA_Website_05.jpg
AKA_Website_06.jpg
AKA_Website_07.jpg

Saytdan istifadə edən ziyarətçilər mövcud səhifələrdən asanlıqla ona lazım olan məlumatı əldə edəcəkdir. Tərtibat strukturu müəssisənin gücünü və yerli bazarda mövcud çəkisini tam ifadə edə bilir. 

 

Hər bir hissənin tərkibində əlavə və ətraflı məlumatlandırıcı alt səhifələr yer alır.
Müvafiq bölməni əhatə edəcək bu səhifələrdə verilən xidmət haqqında geniş məlumat təqdim olunub. Proses ardıcıllıqları xüsusi qrafik elementlərlə göstərilir. 

AKA_Website_08.jpg
AKA_Website_09.jpg
AKA_Website_10.jpg
AKA_Website_11.jpg

Assosisasiya üzvlük qaydaları, qiymətləri və üzvülüyün üstünlüklərini təqdim edən bölmələri dizayn edilərkən ziyarətçidə əlavə yarana biləcək əksər sualların qarşısını almaq məqsədi güdüb. 

AKA_Website_12.jpg
AKA_Website_14.jpg
AKA_Website_13.jpg
bottom of page