Chaykoff
Sahhaf "suhuf" kəlməsindən əmələ gəlib, səhifə sözünün cəm formasıdır. Mətbəə olmadığı vaxtlarda insanlar kitabları əl əməyi vasitəsiylə çoxaldırdılar. Bu işi görənlərə isə "Sahhaf" deyilirdi. Daha sonralar Osmanlıda kitab satışı ilə məşğul olan şəxslər "Sahhafçı" adı ilə tanınmağa başlandı.
Xidmət
Brendinq
Sifarişçi
Chaykoff
Tarix
2020
Qarşıya qoyulan vəzifə
Kafe üçün hazırlanan loqo və vizual üslub sözün mahiyyətini izah etməli və tarixə bir işarə verməli idi. Simvol özündə şərq mədəniyyətini əks elətdirməli, dizayn üslub bütün halda sakit, mədəni və yüksək keyfiyyəti aşılmalı idi. Sadə, rahat və tez qavranan nişan yaratmaq əsas məqsəd idi.
Həll yolumuz
Simvol "Sahhafçı" sözünün ilk hərfi olan "S"-i iç-içə keçən iki kitab forması şəklində təsvir edir. Əlavə olaraq nişan qarşıya-qarşıya əyləşməni təcəssüm elətdirərək mehriban münasibətə işarə edir. Simvolun kənarları ənənəvi şərq simgələrinə və obyektlərinə oxşar tərzdə hazırlanıb. Sözün qaynağının Osmanlı olduğunu və tarixi ehtiva etdiyini nəzərə alaraq yaranan simvol uğurludur.
Bookcafenin əsas sakinlərinin ədəbiyyat və kitab sevənlər olacağını nəzərə alaraq sakit və huzur verən görüntü rənglər vasitəsi ilə əldə edilib. Tarixi və ənənəni hiss elətdirən mülayim rəng çalarlarına üstünlük verilib.