Chaykoff əzmə, krem məhsulları etiket dizaynı
Chaykoff bazara yeni əzmə və krem dizaynlarını təqdim edir. Son illərdə vegan və ya laktozalı məhsullara tələbə artması çərəz əsaslı əzmələri aktuallaşdırır. Büro badam, fındıq, yer fıstığı, antep fıstığı əsaslı əzmə və kremlər üçün etiket, ümumi vizual dizayn üslubunu hazırlayıb.
Qarşıya qoyulan vəzifə
Yaradıcılacaq etiket dizaynları əzmə, krem məhsulunu bazarda keyfiyyətli təqdim etməli, sağlam emosional əlaqə yaratmalı idi. Seçilən rənglər məhsullara uyğun olmalı, xoş görüntü yaratmalı idi. Sifarişçi müraciəti məhz
belə əsasla təqdim edilib.
Həll yolumuz
Əzmə etiketləri məxsusi məhsul rənglərini əsas alaraq hazırlanıb. Məhsulun adı və illustrativ görüntüsü etiketlə yanaşı qapaq stikerində də əks edilib. Məhsulun tərkibində iştirak faizi isə xüsusi lövhə daxilində təqdim edilib.