Kadiroff Zərgərlik Evi
“Kadiroff zərgərlik evi” İstanbula 20 əsrin sonlarında yerləşən Azərbaycanlı zərgər Nicat Kadiroff tərəfindən təsis edilmişdir. Zərgərlik evi müxtəlif cür zərgərlik əşyalarının – üzük, sırğa, bilərzik, sinəbənd
və digər zinət aksesuarlarının hazırlanması ilə məşğul olur.
Xidmət
Brendinq, Qablaşdırma
Sifarişçi
Nicat Kadirov
Tarix
2019
Avropadan Asiyaya qədər ən dəyərli zərgərlik daşlarını bir araya gətirməklə dəbdəbəli məhsulların ərsəyə gəlməsinə səbəb olur. Padişahların qalalarının gözəlliyindən və Sultanların hərrəmlərini sirrindən ilhmalanaraq yaradılan hər bir əsər özünə məxsusdur. Xüsusi hazırlanmış məhsullar yaratmaq üçün diqqətlə çalışan Kadiroff zərgərlik evi habelə sifarişçinin istək və fikirlərinə uyğun misilsiz sənətkarlıq nümunələri yaratmaqdan çox məmnundur.
Qarşıya qoyulan vəzifə
Zərgərlik evi uzun müddət xəncər obrazlı köhnə loqo ilə fəaliyyət göstərib. Lakin 2019 cu ildən loqonun və ümumi korporativ kimliyinin yenilənməsi məqsədilə Ağayarov Büro ilə əməkdaşlığa başlanılır. Əsas məqsəd brendin görünüşünün yeniləyərək, ənənəviliyini qorunması və bununla yanaşı modern görüntünü əldə edərək, digər daşıyıcılar vasitəsi ilə vizual kommunikasiyanın qurulması idi.
Həll yolumuz
Bu tələbləri nəzərə alaraq, hazırlanan yeni loqo özündə zərgərlik məhsullarını xarakterizə edən “O” hərfini qabardır ki, bu qarşıya qoyulan əsas hədəfi – tanınıqlıq və ənəviliyin xarakterizə olunması üçün yetərli olur. “O” hərf üzərində robvari element üzük, sinəbənd, qolbaq, saat kimi tərənnüm olunmaqla yanaşı, qədim paxlava formalı milli dekorativ naxışları təsvir edir.
“O” hərfinin lazım olanda üzük, bəzən saat və qolbaq, bəzən isə boyunbağı kimi istifadə olunması, digər daşıyıcılarda köməkçi qrafik element kimi istifadə olunur.