Tipoqrafika

Updated: May 27



Tipoqrafika nədir?


Bu suala cavab verməzdən əvvəl bildirmək istərdim ki, Tipoqqrafikadan anlayandan sonra nədir sualına bir çox cavabınız olacaq. İnanıram çox əksəri doğru cavablardır. Çünki tipoqrafika çox iş görür.


İndi isə gələk tipoqrafika nədir sualına cavab verməyə. Tipoqrafika - mətnin gözəl və asan oxunmasını, vizual harmoniyanı və məlumatın xarakterini ifadə edən sənətdir.

Hətta deyilir ki, yaxşı tipoqrafika özünü mətnin asan və rahat oxunmasında göstərir.


Hər bir mətn – söz ardıcıllığıdır. Mətni kompyuterinizdə saxlaya, səsli deyə və ya çap edib poster kimi istifadə edə bilərsiniz. Lakin səsli deməkdən fərqli olaraq, kompyuterinizdə saxladığınız və çap edilən faylda mətnin vizual əks olunması işi Tipoqrafika adlanır.

Qısa desək Tipoqrafika mətnin canlandırır.


Tipoqrafika – Məna ifadəsi sənəti yalnız sözlərə bağlamır, eyni zamanda mövzunu obrazlı ifadə edir.


Tipoqrafika günlük həyatımızda sıxlıqla qarşılaşdığımız bizi məlumatlandıran mətn və yazıları növüdür. Tipoqrafikanın günümüzdə tutduğu yer əvəzolunmazdır və onun nümunələri siz şəhərin küçələrində yol göstərici panellərdə, mağaza adlarını daşıyan lövhələrdə, hava limanlarının interaktiv məlumat mərkəzlərində, qəzet, qablaşdırma, vebsayt, kitab üzlüklərində və s. yerlərdə qarşılaşırlar. Bütün bu yazı daşıyıcıları tipoqrafikanın nə qədər önəmli və vaz keçilməz olduğunu göstərir.



Günümüzdə tipoqrafika çox inkişaf edərək, bir çox növlərə və kateqoriyalara bölünür. Bu xüsusiyyət tipoqrafikanı sadəcə yazı olmaqdan daha üst səviyyəyə çıxarır. Belə ki, şrift növləri vasitəsiylə siz emosiyaları, dizayn üslublarını oxuyucuya çatdıra bilərsiniz. Seçilən hər bir şriftin praktik məqsədlər üçün istifadəsi mümkündür. Şrift, qaça, atlana, rəqs edə və harasa dırmana bilər.



Tipoqrafika niyə vacibdir?


Tipoqrafika canlandırır.

Təklif edirəm tipoqrafikanın vacibliyini izah etməyə çalışamazdan əvvəl onun yoxluğunu təsəvvür edək.

Daha doğrusu şriftin yoxluğu və ya seçimin az olması. Əgər tipoqrafika olmasa idi, mağazada qarşılaşacağınız məhsulların adları, tərkbiləri ilə tanış olmaq şansınız olmayacaqdı. Tipoqrafika olmasaydı, metro xəritələri, vebsaytlar, qablaşdırma, qəzet, jurnal və s. digər kommunikasiya vasitələri olmazdı.

Vacib dizayn kompanenti olaraq Tipoqrafika gözəl şrift seçimindən daha çox mənanı əks elətdirir. Doğru tipoqrafik seçim hisslərə toxunur, dəqiq vizual iyearxiya və qrafik görüntü balansını yaradaraq oxunuş rahatlığını optimallaşdırır. Məhz bu sayılan səbəblər sayəsində oxyucu bir mətni asan və çətin qavraya bilər. Bu isə o deməkdir ki, doğru tipoqrafik seçim düşündüyümzdən də daha artıq rola malikdir.



Tipoqrafika və biznes


Yazı tipi vasitəsiylə brend öz istehlakçıları və istifadəçiləri ilə danışır. Tipoqrafik seçim danışıq tonunuzu, verilən dəyəri tərənnüm edir.

Yaxşı yazı tipi brendi tanınıqlığını artırır, diqqət cəlb edir.

Mən əminəm ki, gün ərzində gündəlik 2-3 saat küçədə olan insan küçə göstəriciləri, mağaza ad lövhələri, kütləvi nəqliyyat vasitələrinin bildiriş ekranları, dayanacaq panellər, yol işarələri, küçə reklamları, afiş və posterlər daxil olmaqla bir çox tipoqrafik nümunədən ibarət olan vasitələrlə qarşılaşır. Və əminəm ki, bu nümunələrin əksəriyyəti bir-birilərindən fərqlənir. İndi sizin təxəyyülünüzə istiqamət verərək demək istərdim ki, düşünün yer üzərində bu qədər şrift nümunəsi yoxdur. Bir anlıq düşünün ki, bütün məhsullar, qablaşdırmalar, küçə reklamları və bir çox qrafik məhsullar yalnız bir şrift vasitəsiylə yazılır. Məsələn düşünü bu şrift “Times New Romandır”. Süd məhsulları, şokolad qablaşdrımaları, küçə reklamları, uşaq oyuncaq mağazları və s. yalnız bu şrift vasitəsiylə dizayn edilir. Necə sıxıcı olar? Necə fərqlənər məhsullar? Necə və hansı üsul ilə emosional bağlılıq qura bilər müştərisi ilə? Bu sualların sayı olduqca çoxdur.



Marka tanınıqlığını artırır!


Doğru və yaxşı tipoqrafik nümunə brendin tanınıqlığını artırır, etibar yaradır. Seçilən yazı tipi nümunəsi istifadəçilərə sizi xatırladır və vizual yaddaşda sizinlə əlaqələnir.


Qərar verməyə təsir edir!


Tipoqrafika məlumatın qəbul edilərək, qərar verməyə təsir edən bir-başa amillərdəndir. Doğru yazı tipi nümunəsi ilə dizayner hər hansı sa mesajı drammatik və ya daha az diqqətə layiq şəkildə çatdıra bilər.



Diqqət yaradır!


Doğru və yerində mövzu ilə əlaqələndirilərək və brendin danışıq tonuna əsasən seçilən yazı tipi nümunəsi sayəsində istifadəçilərə hər hansısa mesaja və ya saytınızdıa hər hansısa bir hissəyə diqqəti artıra və azalda bilərsiniz. Misal üçün daha qalın yazı tipi forması sayəsində ümumi mətndən hər hansısa bir hissəni daha qabarıq göstərərək həmin hissəyə xüsusi diqqəti çəkə bilərsiniz.


Maraq yaradır!


Yerində seçilən tipoqrafika nümunəsinin əsas üstünlüklərindən biri də oxuyucu da marağıa səbəb olmasıdır. Yazı tipi forması, sətirlər arası məsafənin doğru tənzimlənməsi istifadəçiyə mətni oxumağa təşviq edə və oxunma davamlılığını yüksəldə bilər.


Kontent marketinq!


Marketinq aləti olaraq tipoqrafika doğru seçilib, dəqiq tətbiq edildiyi təqdirdə yüksək nəticələr əldə etməyə səbəb olur. Kontent marketoloqlar şrift seçimin oxuyucu reaksiyasına bir-başa təsirini anlayaraq, kontetn formalaşdırarkən onun hansı şrift ilə təqdim edilməsinə önəm verməlidirlər. Çünki çox güclü və biznes baxımıdan vacib kontentlər yalnış tipoqrafik uyğulama sayəsində fayda verməyə bilər. Təsəvvür edin siz bir sağlamlıq mərkəzinin kontent marketoluq vəzifəsində işləyirsiz. Sizin əlinizdə X adında sağlamlıq müəssəsinin biznesinə yaxşı təsir edəcək müəyyən kontent formalaşıb. Bu kontenti siz mərkəzin vebsaytı və digər digital platformalar vasitəsiylə hədəf kütlənizə çatdırmağı planlayırsınız. Amma bu işi edərkən qrafik mütəxəssisə ehtiyacınız olmadığını düşünürsünüz. Baxmayaraq ki, sizin tipoqrafik bilikləriniz aşağı səviyyədədir. Nəticə olaraq platformalarda güclü və faydalı kontenti çatdırmaq üçün “Comic sans” yazı tipini seçirsiniz. Bu sizə maraqlı gəlir və görüntüsü sizi cəlb edir. Halbuki bu yazı tipi ilə sağlamlıq mərkəzini birləşdirən heç bir ortaq xüsusiyyət yoxdur. Seçim zamanı heç bunu ciddiyə də almamısınız. Çünki məlumatınız yoxdur. Nəticə nə olur? Saytınıza baş çəkən müəyyən kütlə 800-ə yaxın sözdən ibarət olan N adlı məqalənizi 10 söz oxumadan saxlayır. Çünki seçilən yazı tipi nümunəsi çoxsaylı sözlər ardıcıllığı və mətn bloqlarında oxunuşu çətinləşdirərək, qarışıqlıq yaradır. Bu sbəbələ istifadəçi məqaləni yarımçıq saxlamaq məcburiyyətində olur və əmin olun ki, gələn dəfə saytınıza daxil olarkən artıq iki dəfə düşünəcək. Bu nümunəyə əsasən isə tipoqrafikanının nə qədər önəmli faktor olduğunu görürük. Elə bu səbəblə internet marketoloqların qrafik mütəxəssislərlə davamlı şəkildə əməkdaşlıq etmələri lazım olduğunu düşünürəm.



Tipoqrafika növləri


Tipoqrafikanın nə qədər önəmli olduğunu bildikdən sonra onunla işləmək daha da məsuliyyət yaradır. Çünki bilikli olaraq yaxınlaşılan hər bir məsələ fərqlənir və vizual yaxşı görsənir.

Tipoqrafikanın əsasən 3 əsas qolu var.

Antiqva (Antique), Qrostesk (Grostesk), Aksident (Accidental) və ya Dekorativ



© 2010-2020 Ağayarov Büro