Dinlərarası dialoqda dövlətin rolu Beynəlxalq konfrans
27 sentyabr 2023-cü il tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfransın rəsmi loqosunu və vizual kimliyini təqdim etməkdən məmnunuq. Dizayn konsepti müxtəlif perspektivlərin qəbulunu və sağlam, qarşılıqlı dialoqun təşviqini simvollaşdırır.
Xidmət
Vizual kimlik, Brendinq
Sifarişçi
Glossy MMC
Tarix
2023
Qarşıya qoyulan vəzifə
Konfransın loqosu və vizual kimliyi üçün qarşıya qoyulan əsas vəzifə, dizaynın hər hansı bir dinə məxsus olmaması, neytral bir yanaşma ilə hər kəsin qəbul edə biləcəyi və müasir bir görünüşə sahib olması idi. Bu tələbin əsas məqsədi, dinlərarası dialoqu təşviq edən bir tədbirin heç bir dini inanc və ya dünya görüşü ilə əlaqələndirilməməsi və ümumbəşəri dəyərləri əks etdirməsi idi.
Həll yolumuz
Loqo və vizual kimlik dizaynında qarşılıqlı anlaşma və dialoqu simvollaşdırmaq, müxtəlif inanc və düşüncələrin bir araya gəlməsini ifadə etmək əsas götürüb. Loqonun harmoniyası, fərqli düşüncələrin dialoq yolu ilə bir araya gəlməsini və müxtəlifliklərin qəbulunu simvollaşdırır. Bu prinsiplər əsas alaraq konfransın məqsədlərinə uyğun bir vizual kimlik yaradılıb.