Senpex
Senpex kuryer və çatdırılma xidməti təklif edir. Amerikanın Californiya ştatının San-Fransisko şəhərində işə başlayan startapın təsisçisi Azərbaycanlı sahibkar Anara Məmmədovdur. Qısa zaman ərzində 2000-dən çox korporativ tərəfdaş sayı, 12000-dən çox peşəkar kuryer vasitəsiylə xidmət göstərən Senpex hər keçən gün inkişaf edir. Senpex tətbiqi vasitəsiylə müştərilər qida, sənəd, dərman, avtomobil hissələri, kompyuter, elektronika və s. məhsulları həftənin 7 günü, 24 saat ərzində cəmi bir neçə kliklə ştat daxilində istənilən ünvana
daşıya bilərlər.
Xidmət
Brendinq
Sifarişçi
Senpex
Tarix
2020
Qarşıya qoyulan vəzifə
Yenilənən və inkişaf edən startapın gücünü və xidmət sferasını yetəri qədər göstərməyən köhnə simvol dəyişilməli, əvəzində keyfiyyəti və etibarlılığı təmsil edən vizual obraz yaradılmalı idi. Hazırlanacaq simvol şirkətin fəaliyyətini təsvir etməli, bununla yanaşı müasir və yadda qalan görüntü qazanmalı idi.
Həll yolumuz
Tərəfimizdən təklif edilən vizual konsept ideyası, müştəri istəyini hərtərəfli əhatə edir. Sadə və həmçinin müasir simvol "Senpex" sözünün ilk hərfi olan "S"-in, qutu formasının, gediş və gəlişi təsvir edən istiqamətləndirici oxların, habelə qutunu qucaqlayan şəxsin siluetinin birləşməsindən hazırlanıb.
Simvol müxtəlif forma və səthlərə asan adaptasiya olunur. Minimal ölçüdə isə
simvol ilə yazı tipi müştərək şəkildə eyni effektlə oxunur, biri digərini görüntü cəhətdən üstələmir.