google-site-verification=KcSyDoiMoytcmfx5FPosKKBFBy01KVwFES1Ru5z1bKA google-site-verification: google5aa20a477de60c24.html
top of page

Unnan Fırın

"Unnan Fırın" müxtəlif növ təzə un məmulatlarının hazırlanması ilə məşğuldur. Markanın vizual kimlik vasitəsiylə yaratmaq istədiyi əsas hiss məhsulların doğma və əlçatan olmasıdır. Sifarişçi tərəfindən təqdim edilən assosiativ fikirlər kimliyin formalaşmasında əsas
rol oynayıb. 

Xidmət

Brendinq

Sifarişçi

Unnan Fırın

Tarix

2021

Unnan_Craft-bag-02.jpg
Logomark inspiration.jpg

Qarşıya qoyulan vəzifə

Yenilənən və inkişaf edən startapın gücünü və xidmət sferasını yetəri qədər göstərməyən köhnə simvol dəyişilməli, əvəzində keyfiyyəti və etibarlılığı təmsil edən vizual obraz yaradılmalı idi. Hazırlanacaq simvol şirkətin fəaliyyətini təsvir etməli, bununla yanaşı müasir və yadda qalan görüntü qazanmalı idi. 

Həll yolumuz

Un məmulatlarının hazırlanma prosesi, hazırlanandan sonra aldıqları formalar, həmçinin baton çörəyi üzərində olan diaqonal xəttlər, loqonun əsas ilham qaynağı olub. Burdan yola çıxaraq “Unnan” sözünün ilk hərifi olan “U”-nun neqativ boşluğundan istifadə edərək baton çörəyi təsvir edilib. Simvol dairəvi və dalğalı forma ilə əhatə olunub. Bu isə xəmirin yayılmasını, undan hazırlanan bir sıra şirniyyat formalarını təsvir etmək üçündür. 

Logomark version.jpg
Logomark.jpg
Vertical.jpg
Logomarks.jpg
Unnan_Craft-bag.jpg
Unnan_Bread-stand.jpg
Unnan_Paper-bag_small.jpg
Product label.jpg
Unnan_Craft-bag-03.jpg
Unnan_Packages.jpg
Colors.jpg
Guidelines.jpg
Unnan_Apron.jpg
Unnan_Exterior.jpg
bottom of page