Vavilon məhsul kataloqu
Təbii şirələr və souslar istehsalçısı "Vavilon" 2012-ci ildə Rusiyanın Volqoqrad vilayətində təsis edilib. Şirkət məhsullarını "Troya", "Simnar", "Fidan-S" və "Azərbaycan Şirələri" markaları altında Rusiya bazarında mümkün olan bir çox marketlərdə istehlakçılara təqdim edir. Bu məqsədlə məhsul çeşidlərini istehlakçılar və satış şəbəkələri ilə tanış etmək üçün çoxsəhifəli məhsul kataloqu dizayn edildi. Sadə və eyni zamanda cazibədar dizayn, asan oxunmaqla yanaşı, iri şəkildə təqdim edilən şəkillər sayəsində məhsul haqqında dolğun təəssürat formalaşdırır.
Xidmət
Çap nəşri
Sifarişçi
Vavilon
Tarix
2020


Qarşıya qoyulan vəzifə
Yenilənən və inkişaf edən startapın gücünü və xidmət sferasını yetəri qədər göstərməyən köhnə simvol dəyişilməli, əvəzində keyfiyyəti və etibarlılığı təmsil edən vizual obraz yaradılmalı idi. Hazırlanacaq simvol şirkətin fəaliyyətini təsvir etməli, bununla yanaşı müasir və yadda qalan görüntü qazanmalı idi.
Həll yolumuz
Tərəfimizdən təklif edilən vizual konsept ideyası, müştəri istəyini hərtərəfli əhatə edir. Sadə və həmçinin müasir simvol "Senpex" sözünün ilk hərfi olan "S"-in, qutu formasının, gediş və gəlişi təsvir edən istiqamətləndirici oxların, habelə qutunu qucaqlayan şəxsin siluetinin birləşməsindən hazırlanıb.







